"Qarabağ"ı qələbə münasibəti ilə təbrik edirəm. Bir xalla ayrılsaydıq, daha sevincli olardıq. Amma futbolçularımı təbrik edirəm".
İdman.biz xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Samir Abasov deyib.
Təcrübəli mütəxəssis Misli Premyer Liqasının IX turunda "Qarabağ"a 0:1 hesablı məğlubiyyəti şərh edib: "Yaxşı mübarizə apardıq, rəqibə epizod verməməyə çalışırdıq. Futbolçularım nələri varsa, meydanda qoydular. Bəxtin gətirməlidir ki, belə qol buraxmayasan. Rəqibin 100 faizli qol imkanları yadıma gəlmir. Düzdür, oyuna nəzarət edən tərəf "Qarabağ" idi. Bugünkü mübarizəyə görə futbolçularımdan razıyam. Digər matçlara hazırlaşacağıq".
Samir Abasov hücumçuların ümidləri doğrultmadığını bildirib: "Daha real danışsaq, hücumçulardan istədiklərimizi ala bilmirik. Problem sırf hücumçularımızdadır. Baş məşqçinin işi nədir? Həmin problemləri görüb, komandanın epizodlar yaratması üçün bunun üzərində işləsin. O yöndə işləyəcəyik. Hansısa futbolçunun yerinə gedib hücumda dayanıb, vurası deyilik. Hücumçuları dəyişib, başqa oyunçuları orada oynada bilərsən. Hər iki hücumçumuzda problem var. Hücumlarımızı daha da çoxaltmalıyıq. O qədər epizod yaratmalıyıq ki, birini vuraq. Bu yöndə işləyəcəyik. Məncə, hücum yaratmaqda problemimiz yoxdur. Sadəcə sonluğu gətirə bilmirik. Firkimizi başqa futbolçulara yönəldəcəyik".
Qeyd edək ki, "Sumqayıt" mövsümün ilk dövrəsində cəmi 7 xal toplayıb. Komanda 8-ci pillədə qərarlaşıb.
İdman.biz