“Qarabağ”ın rəqibindən ev qələbəsi

Xəbərlər
7 Oktyabr 2024 08:45
303
“Qarabağ”ın rəqibindən ev qələbəsi

Avropa Liqasının Liqa mərhələsində “Qarabağ”ın növbəti rəqibi olan “Ayaks” Niderland çempionatının matçına çıxıb.

İdman.biz xəbər verir ki, Amsterdam təmsilçisi öz meydanında “Qroninhen”lə qarşılaşıb.

Amsterdam təmsilçisi bu görüşdə 3:1 hesablı qələbə qazanıb. “Ayaks”ın qollarına Devi Klassen, Vaut Veqhorst və Çuba Akpom imza atıblar.

Altı oyundan sonra hesabında 13 xal olan amsterdamlılar turnir cədvəlində 5-cidir. “Ayaks” növbəti matçını oktyabrın 20-də səfərdə “Herakles”ə qarşı keçirəcək.

Qeyd edək ki, “Qarabağ” Niderland təmsilçisi ilə oktyabrın 24-də Bakıda qarşılaşacaq.

İdman.biz