Braziliya millisində itki

Xəbərlər
7 Oktyabr 2024 09:00
570
Braziliya millisində itki

Braziliya millisi itki ilə üzləşib.

İdman.biz xəbər verir ki, “Real”ın futbolçusu Eder Militao yığmanın oktyabr oyunlarını buraxacaq.

Buna 26 yaşlı müdafiəçinin zədələnməsi səbəb olub. Militao sol ayağından xəsarət alıb. O, DÇ-2026-nın Çili ilə oktyabrın 11-də, Peru ilə 16-da keçiriləcək seçmə matçlarında oynamayacaq.

Qeyd edək ki, Militao cari mövsmdə “Real”da 12 oyun keçirib və 1 qol vurub.

İdman.biz