Misli Premyer Liqasının IX turu “Qarabağ”ın futbolçusu Toral Bayramov üçün əlamətdar olub. O, Premyer Liqada 100-cü oyununu keçirib.
İdman.biz xəbər verir ki, 23 yaşlı müdafiəçinin yubileyi “Sumqayıt”la səfər matçına təsadüf edib.
100 görüşdə 15 qol vuran futbolçu yalnız bir komandada forma geyinib.
Bütün oyunlarını “Qarabağ”da keçirən Toralın debütü 2019/20 mövsümündə gerçəkləşib. O, 2019-cu il sentyabrın 23-də “Zirə” ilə səfər qarşılaşmasında (3:1) meydana çıxıb.
İdman.biz