Millimiz Serbiya ilə üz-üzə

Xəbərlər
7 Oktyabr 2024 11:01
274
Millimiz Serbiya ilə üz-üzə

Bu gün 23 yaşadək minifutbolçular arasında dünya çempionatına start veriləcək.

İdman.biz xəbər verir ki, Xorvatiyada təşkil olunan yarışda 12 komanda mübarizə aparacaq.

Azərbaycan millisi ilk görüşünə çıxacaq. Komandamız Serbiya ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 15:30-da başlayacaq.

Qeyd edək ki, yığmamız və Serbiya ilə eyni qrupda Çexiya və Hindistan milliləri də yer alıblar.

Dünya çempionatı
Qrup mərhələsi, B qrupu
I tur, 7 oktyabr

15:30. Azərbaycan – Serbiya

İdman.biz