Roman Qriqorçuk “Neftçi”dən gedir?!

Xəbərlər
7 Oktyabr 2024 11:29
535
Roman Qriqorçuk “Neftçi”dən gedir?!

“Neftçi”nin baş məşqçisi Roman Qriqorçuk postundan ayrılmaq niyyətindədir.

İdman.biz Ukrayna mətbuatına istinadən xəbər verir ki, təcrübəli mütəxəssis klubla vidalaşmaq istəyini rəhbərliyə çatdırıb.

59 yaşlı ukraynalı iki illik müqaviləsinə qarşılıqlı razılaşma ilə xitam verilməsinə də hazırdır. Mütəxəssis postunu vaxtından əvvəl tərk etdiyinə görə kompensasiya da istəmir.

Amma mütəxəssisin istefası ilə bağlı məsələyə hələ nöqtə qoyulmayıb. Qriqorçuk yaxın müddətdə klub rəhbərliyi ilə görüşməlidir və bundan “Neftçi”nin baş məşqçisinin taleyinə tam aydınlıq gələcək.

Qeyd edək ki, bu ilin yayında “ağ-qaralar”ın sükanı arxasına keçən Qriqorçukun komandası qələbə qazanmadığı 9 oyunda cəmi 5 xal toplayıb.

İdman.biz