Azərbaycan çempionatında 5 oyun

Xəbərlər
7 Oktyabr 2024 12:13
155
Azərbaycan çempionatında 5 oyun

Minifutbol üzrə Azərbaycan çempionatında II turun təqvimi açıqlanıb.

İdman.biz xəbər verir ki, oktyabrın 9-10-da beş oyun keçiriləcək.

Dünya çempionatına yollanan U-23 millimizdə bir neçə təmsilçisi olan “Aznur” və “Sumqayıt”ın matçları təxirə salınıb. “Aznur” – “Altay Füzuli” və “Sumqayıt” – “Laçın” görüşlərinin vaxtı hələ müəyyənləşməyib.

Minifutbol üzrə Azərbaycan çempionatı
II tur
9 oktyabr

19:15. “Çinar Zəngilan” – “Star Bakı”
20:30. “Zirə” – “Qalaksi”
21:45. “Şamaxı” – “Birbaşa Bakı”
10 oktyabr
19:15. “Atəşgah Suraxanı” – “Bakı 145”
20:30. “Siyəzən” – “Göyçə”

İdman.biz