Serbiyanın Belqrad şəhərində UEFA-nın üzv assosiasiya nümayəndələrinin iştirakı ilə “UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı” mövzusunda illik konfrans keçirilib.
İdman.biz xəbər verir ki, konfransda AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin əməkdaşları da iştirak ediblər.
Tədbir zamanı "Ötən lisenziyalaşdırma mövsümünün icmalı", "Serbiyada futbolun inkişafı və lisenziyalaşdırma sisteminin tətbiqi", "Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı qaydalarında yeniliklər", "UEFA-nın klub yarışlarında növbəti mövsümdən etibarən baş verəcək dəyişikliklər", "Klubların Lisenziyalaşdırılmasında hüquqi məsələlər", "Qadın futbolu və klubların lisenziyalaşdırılması" və s.mövzular müzakirə olunub.
İdman.biz