Azərbaycan millisi Estoniya ilə oyuna yenilənmiş ot örtüyündə çıxacaq.
İdman.biz xəbər verir ki, Tallindəki “Le Koq Arena”nın qazonu Millətlər Liqasının matçları ərəfəsində yenilənib.
Meydançanın örtüyü tam olmasa da, qismən dəyişdirilib. Bu, Estoniya – Azərbaycan görüşündən 4 gün əvvəl gerçəkləşib.
Qeyd edək ki, Estoniya yığması yenilənmiş örtükdə ardıcıl 2 oyun keçirəcək. Oktyabrın 11-də millimiz, üç gün sonra isə İsveç Tallində meydana çıxacaq.
İdman.biz