Asim Xudiyevə UEFA-dan növbəti təyinat

Xəbərlər
7 Oktyabr 2024 14:14
283
Asim Xudiyevə UEFA-dan növbəti təyinat

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.

İdman.biz xəbər verir ki, o, UEFA Millətlər Liqasının III turu çərçivəsində keçiriləcək Slovakiya – İsveç görüşünün hakim-inspektoru olacaq.

Azərbaycan millisinin də yer aldığı C liqasının I qrupunun matçı oktyabrın 11-də Bratislavada baş tutacaq.

İdman.biz

Məqalədə: