“Neftçi”nin “qənimi”: “Onlara qarşı oyunlara xüsusi hazırlaşmıram”

Xəbərlər
7 Oktyabr 2024 17:18
322
“Neftçi”nin “qənimi”: “Onlara qarşı oyunlara xüsusi hazırlaşmıram”

“Milli komandaların oyunları ilə bağlı yaranan fasilə xeyrimizə olacaq. Növbəti matça daha yaxşı hazırlaşacağıq”.

İdman.biz xəbər verir ki, bunu “Kəpəz”in futbolçusu Orxan Əliyev deyib.

Ötən il “Araz-Naxçıvan”nın forması ilə “Neftçi” ilə oyunda yeganə qoluna imza atan hücumçu bu dəfə də “ağ-qaralar” üzərində qələbədə pay sahibi olub. Əliyev Misli Premyer Liqasının hesabt turunda bakılıları 4:3 hesabı ilə məğlub etdikləri görüşdə dubl edib.

Orxan bildirib ki, “Neftçi”yə qarşı oyunlara xüsusi hazırlaşmır: “Sadəcə öz işimi bilirəm. Hər oyunda belə performans nümayiş etdirmək istəyirəm. Onun üçün də daha çox çalışacağam. Bu mövsüm daha çox qol vura bilərəm. Bunun üçün zaman lazımdır. Öz üzərimdə hələ işləməliyəm. Hazırda performansımın heç yarısınmı da göstərməmişəm”.

Qeyd edək ki, “Kəpəz” 8 turdan sonra 3 xalla turnir cədvəlində sonuncudur.

Emin Ağa
İdman.biz