Millimizin rəqiblərinin oyununda darmadağın – 26:1

Xəbərlər
7 Oktyabr 2024 17:42
365
Millimizin rəqiblərinin oyununda darmadağın – 26:1

Minifutbol üzrə U-23-lər arasında dünya çempionatında I tur davam edir.

İdman.biz xəbər verir ki, Azərbaycan yığmasının yer aldığı B qrupunda ikinci qarşılaşma baş tutub.

Çexiya millisi Hindistanı sınağa çəkib. Avropa təmsilçisi rəqibini darmadağın edib – 26:1.

Günün ilk matçında Azərbaycan Serbiya ilə görüşüb. Komandamız 1:5 hesabı ilə uduzub.

Qeyd edək ki, II turun oyunları sabah keçiriləcək. Azərbaycan Hindistanla, Çexiya Serbiya ilə üz-üzə gələcək.

İdman.biz