"Sumqayıt" - "Qarabağ" matçında mövsümün rekordu

Xəbərlər
7 Oktyabr 2024 21:38
423
"Sumqayıt" - "Qarabağ" matçında mövsümün rekordu

Azərbaycan Premyer Liqasının IX turunda mövsümün azarkeş rekordu qeydə alınıb.

İdman.biz xəbər verir ki, "Sumqayıt" - "Qarabağ" qarşılaşmasını 7000 tamaşaçı izləyib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən oyun qonaq komandanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, mövsümün bundan əvvəlki azarkeş rekordu Tovuz şəhər stadionunda qeydə alınıb. V turun "Turan Tovuz" - "Səbail" oyununu 5500 azarkeş tribunalardan izləyib.

İdman.biz