Babək Quliyevə UEFA-dan növbəti təyinat

Xəbərlər
8 Oktyabr 2024 11:16
436
Babək Quliyevə UEFA-dan növbəti təyinat

Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.

İdman.biz xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin Türkiyə - Latviya oyununun hakim-inspektoru olacaq.

A qrupunun matçı oktyabrın 11-də İstanbul şəhərində yerləşən Atatürk Olimpiya Stadionunda baş tutacaq.

İdman.biz