Millimiz hazırlığa start verib - FOTO

Xəbərlər
8 Oktyabr 2024 15:30
388
Millimiz hazırlığa start verib - FOTO

Azərbaycan yığması Millətlər Liqasının oktyabr oyunlarının hazırlığına start verib.

İdman.biz xəbər verir ki, oktyabrın 7-bir araya gələn millimiz bu gündən “Neftçi Futbol Mərkəzi”ndə məşq keçir.

Sabah da eyni məkanda hazırlığa çıxacaq Fernandu Santuşun yetirmələri oktyabrın 9-da, saat 15:00-da Estoniyanın paytaxtı Tallinə yollanacaq. Baş məşqçi Fernandu Santuş komandanı oktyabrın 10-da, Bakı vaxtı ilə saat 18:00-da “Le Koq Arena” stadionunda Estoniya seçməsi ilə oyunöncəsi son məşqə çıxaracaq.

Millimiz Estoniya yığması ilə görüşdən bir gün sonra – oktyabrın 12-də səhər məşqə çıxacaq, Bakı vaxtı ilə saat 14:00-da isə Bakıya qayıdacaq. Oktyabrın 13-də, saat 17:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda Slovakiya yığması ilə oyunöncəsi son məşq olacaq.

Qeyd edək ki, Azərbaycan milli komandası C liqasının I qrupu çərçivəsində oktyabrın 11-də “Le Koq Arena” stadionunda Estoniya yığması ilə, oktyabrın 14-də isə Tofiq Bəhramov adına Respublika Stadionunda Slovakiya seçməsi ilə qarşılaşacaq. Hər iki oyun eyni vaxtda – saat 20:00-da başlayacaq.

İdman.biz

Məqalədə: