Xavidən maraqlı paylaşım - "Balet rəqqasına oxşayır"

Xəbərlər
8 Oktyabr 2024 18:49
407
Xavidən maraqlı paylaşım - "Balet rəqqasına oxşayır"

Xavi və həyat yoldaşı Nuria Cunillera sosial şəbəkədə əyləncəli paylaşım ediblər.

İdman.biz xəbər verir ki, paylaşımda "Barselona"nın əfsanəsi həyat yoldaşı ilə eyni paltarda əks olunub.

İnstaqram səhifəsində yerləşdirdikləri şəkildə həyat yoldaşına oxşar geyinən Xavi kolqot və boz üst geyimindədir.

Xavinin pərəstişkarları fotoya reaksiya verib. Onlardan biri, hətta futbolçunu “balet rəqqası” adlandırıb.

Paylaşıma rəy yazanlardan bir sırasını təqdim edirik:

Barcalad: "Kişilərin arvadları üçün etdikləri".

Zeus: "Barselona" əfsanəsindən balet rəqqasına".

UTDBall: "Bu Xavidir, yoxsa görmə qabiliyyətim zəifləyib?"

Noor: "Daim bizi həyəcanlandırır və şoka salır."

İdman.biz