İngiltərə yığmasında 48 ildən sonra İLK

Xəbərlər
8 Oktyabr 2024 18:02
336
İngiltərə yığmasında 48 ildən sonra İLK

48 ildən sonra ilk dəfə İngiltərə millisində “Mançester Yunayted”dən futbolçu olmayacaq.

İdman.biz xəbər verir ki, bu, “qırmızı şeytanlar”ın futbolçusu Kobbi Maynunun milliyə dəvət olunduqdan sonra zədələnərək düşərgəni tərk etməsindən sonra dəqiqləşib.

Nəticədə 1976-cı ildən sonra ilk dəfə “Mançester Yunayted” oyunçularından heç kim yığmanın heyətində yer almayacaq. Buna səbəblərdən biri də klubun uğursuz çıxış etməsidir.

Qeyd edək ki, İngiltərə Millətlər Liqasında oktyabrın 10-da Yunanıstan, 3 gün sonra isə Finlandiya ilə qarşılaşacaq.

İdman.biz