Lebon Sent Martin, Kuç isə Monteneqro yığmasına çağırılıb

Xəbərlər
8 Oktyabr 2024 20:31
105
Lebon Sent Martin, Kuç isə Monteneqro yığmasına çağırılıb

“Neftçi”nin daha iki futbolçusu milli komandalardan dəvət alıb.

İdman.biz xəbər verir ki, Kilan Lebon Sent Martin, Edvin Kuç isə Monteneqro yığmasına çağırılıb.

Lebon yığmanın heyətində oktyabrın 15-dək keçiriləcək KONKAKAF Millətlər Liqasının oyunlarında iştirak edəcək. Kuç isə Monteneqro millisi ilə UEFA Millətlər Liqası çərçivəsində oktyabrın 11-də Türkiyə, ayın 14-də isə Uels yığmaları ilə qarşılaşacaq.

Qeyd edək ki, Kilan Lebon Sent Martin millisinin heyətində 3 oyunda 1, Edvin Kuç isə Monteneqro seçmə komandasında 7 matçda 3 qol vurub.

İdman.biz