Tarixin üçüncüsü: Messi – Buskets cütlüyü

Xəbərlər
9 Oktyabr 2024 09:09
344
Tarixin üçüncüsü: Messi – Buskets cütlüyü

Birlikdə ən çox oyun keçirən futbolçu cütlərinin siyahısı açıqlanıb.

İdman.biz xəbər verir ki, İFFHS-in cədvəlinə Serxio Busketslə Jerar Pike başçılıq edirlər.

Bu cütlük karyeraları ərzində 620 matçda komanda yoldaşı olub. Onlar “Barselona” və İspaniya millisində birgə oynayıblar.

Almaniyalılar Herd Müllerlə Zepp Mayer 611 oyuna birgə çıxıblar. “600” səddini adlayan sonuncu cütlük isə Srrxio Busketslə Lionel Messidir. İspaniyalı ilə argentinalı “Barselona” və “İnter Mayami”də 602 görüşdə birgə oynayıblar.

Qeyd edək ki, futbol tarixində 31 cüt 500 və daha çox oyunda komanda yoldaşı olub.

İdman.biz

Məqalədə: