Almaniya millisinin sabiq futbolçusu Məsut Özil Bakıya gəlir.
İdman.biz xəbər verir ki, dünya çempionu oktyabrın 11-də “Qarabağ”ın qonağı olacaq.
Özil komandanın açıq məşqinin ardından gənc futbolçularla əyləncəli oyunda üz-üzə gələcək. Tədbir saat 16:30-da başlayacaq.
Qeyd edək ki, karyerası ərzində “Şalke”, “Verder”, “Real”, “Arsenal”, “Fənərbaxça” və “Başakşəhər”də oynamış 36 yaşlı futbol veteranı Almaniya millisi ilə DÇ-2014-ün çempionu adını qazanıb.
İdman.biz