Dünyanın ən bahalı heyətə malik klubları bəlli olub.
İdman.biz xəbər verir ki, CİES futbol observatoriyası planetin 100 komandasının siyahısını açıqlayıb.
“Real”ın 34 futbolçusunun ümumi transfer dəyəri 1 milyard 728 milyon avrodur. 39 oyunçuya malik “Mançester Siti” ikincidir – 1 milyard 471 milyon.
Daha 5 klubda bu rəqəm 1 milyardı keçib. “Çelsi” (54 futbolçu, 1 milyard 388 milyon), “Arsenal” (34 futbolçu, 1 milyard 225 milyon), “Barselona” (40 futbolçu, 1 milyard 124 milyon) ilk “beşlik”də qərarlaşıb. “Liverpul” (34 futbolçu, 1 milyard 99 milyon) və PSJ (36 futbolçu, 1 milyard 88 milyon) klubları da ön sıralarda yer alıb.
Qeyd edək ki, “Top-100”də Türkiyənin iki klubu qərarlaşıb. “Fənərbaxça”da bu rəqəm 182, “Qalatasaray”da 175 milyona bərabərdir. Amma “sarı-lacivərtlilər”in 35, “sarı-qırmızılar”ın 34 futbolçusu nəzərə alınıb.
İdman.biz