Millimiz İngiltərə ilə üz-üzə, Çexiya gözləyir

Xəbərlər
9 Oktyabr 2024 18:01
385
Millimiz İngiltərə ilə üz-üzə, Çexiya gözləyir

23 yaşadək minifutbolçular arasında dünya çempionatı davam edir.

İdman.biz xəbər verir ki, bu gün 1/4 final mərhələsinin matçları baş tutacaq.

Azərbaycan millisi ilk oyunda meydana çıxacaq. Qrupda 3-cü olan Rəcəb Fərəczadənin yetirmələri digər “dördlük”də ikinci yeri tutan İngiltərə ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Bu cütün qalibi sabah keçiriləcək yarımfinalda qrupumuzun qalibi olan Çexiya ilə üz-üzə gələcək.

Qeyd edək ki, yığmamız Xorvatiyadakı mundialda Serbiya (1:5), Hindistan (16:0) və Çexiya (0:2) ilə qarşılaşıb.

Minifutbol üzrə U-23-lər arası dünya çempionatı
1/4 final
9 oktyabr

20:00. İngiltərə - Azərbaycan

İdman.biz