Azərbaycan millisi Tallinndədir

Xəbərlər
9 Oktyabr 2024 21:22
293
Azərbaycan millisi Tallinndədir

Bu gün çarter reysi ilə Estoniyaya yola düşən futbol üzrə Azərbaycan milli komandası axşam saatlarında paytaxt Tallinnə çatıb.

İdman.biz xəbər verir ki, millimizi qarşıda UEFA Millətlər Liqası çərçivəsində Estoniya ilə oyun gözləyir.

Qeyd edək ki, sözügedən qarşılaşma oktyabrın 11-də Tallinndə keçiriləcək və Bakı vaxtilə saat 20.00-da başlayacaq.

Rasim, Tallinn
İdman.biz