Millimiz finala doğru

Xəbərlər
10 Oktyabr 2024 09:13
336
Millimiz finala doğru

Xorvatiyada keçirilən 23 yaşadək minifutbolçular arasında dünya çempionatı davam edir.

İdman.biz xəbər verir ki, mundialın son gününün ilk yarısında yarımfinal oyunları keçiriləcək.

Azərbaycan millisi Çexiya ilə qarşılaşacaq. Qrupda rəqibinə 0:2 hesabı ilə uduzan Rəcəb Fərəczadənin yetirmələri finala vəsiqə uğrunda görüşə meydana revanş arzusu ilə çıxacaq.

Qeyd edək ki, digər yarımfinalda Slovakiya və Serbiya milliləri üz-üzə gələcək.

Minifutbol üzrə U-23-lərin dünya çempionatı
Yarımfinal
10 oktyabr

11:30. Çexiya – Azərbaycan

İdman.biz