Millimizin Tallində oyunöncəsi son məşqi

Xəbərlər
10 Oktyabr 2024 09:20
302
Millimizin Tallində oyunöncəsi son məşqi

UEFA Millətlər Liqası çərçivəsində Estoniya ilə oyuna hazırlaşan futbol üzrə Azərbaycan millisi oktyabrın 9-dan paytaxt Tallindədir.

İdman.biz xəbər verir ki, bu gün yerli vaxtla saat 17:15-də baş məşqçi Fernandu Santuşun mətbuat konfransı keçiriləcək.

Saat 18:00-da isə o, komandanı “Lilleküla” stadionunda oyunöncəsi son məşqə çıxaracaq.

Qeyd edək ki, Estoniya - Azərbaycan matçı oktyabrın 11-də Tallində keçiriləcək və Bakı vaxtilə saat 20.00-da başlayacaq. Millimiz estonlarla görüşün ertəsi gün – oktyabrın 12-də səhər məşqə çıxacaq, günorta saatlarında isə Bakıya yola düşəcək.

Rasim, Tallinn
İdman.biz

Məqalədə: