İFFHS-in bu gün açıqlanan dünya reytinqində ən yaxşı Azərbaycan klubu olan “Qarabağ”ın geriləməsinə səbəbkar komandalar müəyyənləşib.
İdman.biz xəbər verir ki, 174,75 xalla dünyada 60-cı olan Ağdam klubu 8 pillə geriləyib.
Qurban Qurbanovun yetirmələri 10 komandanı özündən irəli buraxıblar. Bunlar “Kruzeyro”, “Korintians”, “İnternasional” (hamısı Braziliya), “Panyarol” (Uruqvay), “Braqa” (Portuqaliya), “Atletik” (İspaniya), “Qalatasaray” (Türkiyə), “Mançester Yunayted” (İngiltərə), “Rasinq” (Argentina), “Slaviya” (Çexiya) klublarıdır. “Qarabağ”ın özü isə iki klubu keçib. “Leypsiq” (Almaniya) və “Feyenoord” (Niderland) artıq Azərbaycan çempionuna aşağıdan yuxarı baxırlar.
Qeyd edək ki, təmsilçimiz ötən ay 52-ci pillədə qərarlaşmışdı.
İdman.biz