“Uşaqların yanında çəkmirəm. Pis nümunə olmuram”.
İdman.biz xəbər verir ki, bunu “Barselona”nın qapıçısı Voytseh Şensnı deyib.
Polşalı qapıçı siqaret çəkdiyini açıq şəkildə etiraf edib: “Amma mən ağacların arxasında siqaret çəkəndə adamlar mənim şəklimi çəkirlər. Mən heç onları görmərəm də... Çəkdiyimi gizlətməyə, insanlara göstərməməyə çalışıram. Kimlərsə şəxsi həyatıma təsir edə biləcəklərini düşünür. Bir daha cəhd edin. İndiyədək heç vaxt alınmayıb”.
Qeyd edək ki, “Barselona” əsas qapıçısı Mark-Andre Ter-Şteqen zədələndikdən sonra polşalını heyətinə qatıb.
İdman.biz