Millimizin bürünc savaşı

Xəbərlər
10 Oktyabr 2024 14:55
129
Millimizin bürünc savaşı

Xorvatiyada keçirilən 23 yaşadək minifutbolçular arasında dünya çempionatı bu gün başa çatacaq.

İdman.biz xəbər verir ki, Azərbaycan millisi mundialda son oyununu keçirəcək.

Yığmamız 3-cü yer uğrunda qarşılaşmaya çıxacaq. Rəcəb Fərəczadənin yetirmələri Serbiya ilə üz-üzə gələcəklər. Millimiz bürüncə sahib çıxmaq üçün Xorvatiyaya qələbə ilə vida etməlidir.

Qeyd edək ki, finalda Çexiya və Slovakiya qarşılaşacaq.

Minifutbol üzrə U-23-lərin dünya çempionatı
3-cü yer uğrunda oyun
10 oktyabr

17:00. Azərbaycan - Serbiya

İdman.biz