Millimizin Estoniya ilə 11-ci dueli

Xəbərlər
10 Oktyabr 2024 15:36
359
Millimizin Estoniya ilə 11-ci dueli

Azərbaycan yığması Millətlər Liqasının III turunda Estoniya ilə qarşılaşacaq.

İdman.biz xəbər verir ki, sabah keçiriləcək matç iki rəqib arasında 11-ci duel olacaq.

Millimiz Baltikyanı ölkə təmsilçisi ilə indiyədək 10 dəfə görüşüb. İlk dəfə 1996-cı ildə üz-üzə gələn komandaların matçları əsasən sülhlə başa çatıb. Qarşılaşmaların düz yarısı – 5-i heç-heçə bitib.

Millimiz cəmi 2 qələbə qazanıb. Bunlardan biri son sınağa – səfərdəki seçmə görüşünə təsadüf edib. Rəqibin hesabında üç qələbə olsa da, hamısı yoldaşlıq matçlarında qeydə alınıb. Sonuncu belə qarşılaşma 11 il əvvəl baş tutub. Top fərqində də estoniyalılar öndədirlər – 9:8.

Rəsmi turnirlərdə keçirilən oyunlar AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində olub. Hər iki matçda da eyni sayda – 2 qol vurulub. Uduzmayan millimiz evdə bir xalla kifayətlənibsə, səfərdən qalib dönüb. Bu görüşlər ötən il baş tutub.

15 fevral 1996. Larnaka. YO. Estoniya – Azərbaycan - 0:0
1 mart 1997. Larnaka. YO. Azərbaycan – Estoniya - 0:2
4 iyun 1997. Vilyandi. YO. Estoniya – Azərbaycan - 1:0
16 may 1998. Vilyandi. BT. Estoniya – Azərbaycan - 0:0
28 noyabr 1998. Gəncə. YO. Azərbaycan – Estoniya - 2:1
6 mart 1999. Larnaka. YO. Azərbaycan – Estoniya - 2:2
3 iyul 2002. Kuressaare. YO. Estoniya – Azərbaycan - 0:0
15 noyabr 2013. Tallin. YO. Estoniya - Azərbaycan - 2:1
17 iyun 2023. Bakı. AÇ. Azərbaycan – Estoniya - 1:1
13 oktyabr 2023. Tallin. AÇ. Estoniya - Azərbaycan - 0:2

AÇ – Avropa çempionatının seçmə mərhələsi, BT – beynəlxalq turnir, YO – yoldaşlıq oyunu

Vüqar Xeyrullayev
İdman.biz

Məqalədə: