“Qarabağ”la rəqiblərinin fərqi

Xəbərlər
10 Oktyabr 2024 18:00
281
“Qarabağ”la rəqiblərinin fərqi

“Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsindəki rəqiblərinin dünya reytinqində mövqeləri bəlli olub.

İdman.biz xəbər verir ki, artıq 2 matça çıxan Azərbaycan çempionunu daha 6 rəqiblə görüş gözləyir.

Bu komandaların İFFHS-in bu gün açıqladığı dünya reytinqindəki yerləri maraq doğurur. 8 rəqibdən yalnız biri “Qarabağ”ı üstələyir.

Bu, Konfrans Liqasının son qalibi “Olimpiakos”dur. Digər rəqiblər isə Qurban Qurbanovun yetirmələrindən aşağı sıralardadır.

Onlardan ikisi – “Tottenhem” və “Malmö” ilə görüşlər (0:3 və 1:2) “Qarabağ” üçün uğursuz alınıb. İngiltərə klubu 2-ci, İsveç təmsilçisi 3-cü “yüzlük”də yer alsa da, çempionumuzu məğlubiyyətə uğradıblar. Ümumiyyətlə, “Malmö” 8 komanda arasında sonuncudur.

Növbəti rəqib “Ayaks”dır. Niderland təmsilçisi “Qarabağ”dan 15 addım geri qalır.

“Qarabağ” və rəqibləri
36. “Olimpiakos” – 199,5
60. “Qarabağ” – 174,75
75. “Ayaks” - 164
78. “Bodo Qlimt” – 159,25
92. FCSB - 143
130. “Tottenhem” - 124
152. “Lion” - 114
220. “Elfsborq” - 90
237. “Malmö” – 86

İdman.biz

Məqalədə: