Abbas Hüseynov: "Çalışacağıq yaxşı nəticə qazanaq"

Xəbərlər
10 Oktyabr 2024 18:21
116
Abbas Hüseynov: "Çalışacağıq yaxşı nəticə qazanaq"

"Ağır zədə keçirmişəm. Çalışıram optimal formama yaxın olum".

İdman.biz xəbər verir ki, bunu Azərbaycan yığmasının müdafiəçisi Abbas Hüseynov deyib.

O, UEFA Millətlər Liqası çərçivəsində Estoniya ilə keçiriləcək oyunda yaxşı nəticə qazanmağa çalışacaqlarını bildirib: "Yaxşı hazırlaşmışıq. Komandada ruh var. Çalışacağıq yaxşı nəticə qazanaq. Əlimizdən gələni edəcəyik. İnanıram, 3 xalla vətənə dönəcəyik.

Rasim, Tallinn
İdman.biz