Azərbaycan millisi oyunöncəsi son məşqinə çıxıb - FOTO - VİDEO

Xəbərlər
10 Oktyabr 2024 18:53
307
Azərbaycan millisi oyunöncəsi son məşqinə çıxıb - FOTO - VİDEO

Azərbaycan milli komandası Estoniya ilə sabahkı oyun ərəfəsində Tallinndəki “Lilleküla” stadionunda son məşqinə çıxıb.

İdman.biz xəbər verir ki, yerli vaxtla 18:00 başlayan məşqin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olub.

Oyunçular iki yerə bölünüb məşq ediblər. Bir qrupda bu futbolçular yer alıb: Bədavi Hüseynov, Abbas Hüseynov, Rahil Məmmədov, Ceyhun Nuriyev, Qismət Alıyev, Coşqun Diniyev, Aleksey İsayev, Renat Dadaşov, Ramil Şeydayev, Mahir Emreli.

Qeyd edək ki, Estoniya - Azərbaycan matçı sabah oktyabrın 11-də Tallinndə keçiriləcək və Bakı vaxtilə saat 20.00-da başlayacaq.

Rasim, Tallin
İdman.biz