Niderlandlı futbolçunun ürəyində problem çıxıb

Xəbərlər
10 Oktyabr 2024 19:27
128
Niderlandlı futbolçunun ürəyində problem çıxıb

"Mançester Yunayted"in müdafiəçisi Nussair Mazraui iki aylığa sıradan çıxıb.

İdman.biz xəbər verir ki, niderlandlı futbolçuya ürək aritmiyası diaqnozu qoyulub.

Həkim müayinəsindən sonra Mazrauinin istirahət etməsi məsləhət görülüb.

Qeyd edək ki, 26 yaşlı futbolçu yayda "Bavariya"dan transfer olunub. O, 2024/2025 mövsümündə 10 oyunda meydana çıxıb.

İdman.biz