Fernandu Santuşa hədiyyə

Xəbərlər
10 Oktyabr 2024 20:26
196
Fernandu Santuşa hədiyyə

AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev millimizin baş məşqçisi Fernandu Santuşa yubileyi ilə əlaqədar Estoniya ilə oyunöncəsi məşqdən əvvəl xüsusi forma hədiyyə edib.

İdman.biz xəbər verir ki, bu gün portuqaliyalı mütəxəssisin 70 yaşı tamam olub.

Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi Azərbaycan millisi sabah Tallində Estoniya ilə qarşılaşacaq.

Rasim, Tallin
İdman.biz