“Neftçi”nin sabiq müdafiəçisi: “Azərbaycan matçın favoritidir”

Xəbərlər
11 Oktyabr 2024 09:12
268
“Neftçi”nin sabiq müdafiəçisi: “Azərbaycan matçın favoritidir”

Estoniya millisinin sabiq müdafiəçisi, vaxtilə Bakının “Neftçi” (2008-2010), “İnter” (2010-2011) və “Rəvan” (2014) komandalarında çıxış etmiş Dmitri Kruqlov Azərbaycanla bu gün keçiriləcək oyun haqda eksklüziv olaraq İdman.biz saytına danışıb:

"Estoniya - Azərbaycan matçında qonaqların favorit olduğunu düşünürəm. Biz baş məşqçini və oyunun quruluşunu dəyişmişik, ona görə də komandamızın ötən illə müqayisədə necə dəyişdiyini görmək maraqlı olacaq”.

40 yaşlı futbolçu Azərbaycanda keçirdiyi vaxtları da xatırlayıb: “Azərbaycanla bağlı ən yaxşı və ən isti xatirələrim var, yaxşı insanlarla tanış olmuşam, yaxşı futbolçularla oynamışam və yaxşı məşqçilərlə çalışmışam".

Qeyd edək ki, Dmitri Kruqlov 2004-2019-cu illərdə Estoniya millisində 115 oyun keçirib və 4 qol vurub.
Tallində keçiriləcək Estoniya - Azərbaycan matçı bu gün Bakı vaxtilə saat 20.00-da başlayacaq.

Rasim, Tallin
İdman.biz