Millimizin Tallin sınağı

Xəbərlər
11 Oktyabr 2024 09:37
353
Millimizin Tallin sınağı

Bu gün Azərbaycan millisi növbəti oyununu keçirəcək.

İdman.biz xəbər verir ki, yığmamız Millətlər Liqasının III turunun matçına çıxacaq.

C liqasının I qrupunda mübarizə aparan Fernandu Santuşun yetirmələri Estoniyanın qonağı olacaqlar. Tallindəki görüş autsayderlərin duelidir. Əvvəlki iki turda uduzan rəqiblər ilk qələbə üçün mübarizə aparacaqlar. AVRO-2024-ün seçmə mərhələsinin ötən il baş tutan səfər matçında qalib gələn millimiz yenidən Tallindən üç xalla dönməyə çalışacaq.

Qeyd edək ki, qrupun digər matçında Slovakiya İsveçi qonaq edəcək.

Millətlər Liqası
C liqası, I qrup
III tur, 11 oktyabr
20:00. Estoniya - Azərbaycan
Baş hakim:
Rob Harvey (İrlandiya)
Tallin. Le Koq Arena

1

İsveç

2

2

0

0

6-1

6

2

Slovakiya

2

2

0

0

3-0

6

3

Azərbaycan

2

0

0

2

1-5

0

4

Estoniya

2

0

0

2

0-4

0

İdman.biz

Məqalədə: