Bu gün Tallində Estoniya ilə qarşılaşmada Azərbaycan millisini Latviyadan gələn soydaşlarımız da dəstəkləyəcək.
Latviya Parlamentinin (Latvijas Republikas Saeima) deputatı və "Azəri" gənclər təşkilatının sədri Amil Səlimov bununla bağlı İdman.biz saytına eksklüziv açıqlama verib: "50 azarkeşlə biz də Tallinə gəlirik. Avtobus tutmuşuq. Biletləri də öz hesabıma təşkil etmişəm. Oyuna gəlincə, Azərbaycan millisi daha güclüdür. Düzdür, Estoniya da təcrübəli və bacarıqlı komandadır. Fikrimcə, 2:1 hesablı qələbə qazanacağıq".
Rasim, Tallin
İdman.biz