Azərbaycan millisi bu gün Estoniya ilə qarşılaşacaq.
İdman.biz xəbər verir ki, baş məşqçi Fernandu Santuşun sərəncamında 23 futbolçu var.
Tallindəki görüş onlardan üçü üçün debütlə əlamətdar ola bilər. Aydın Bayramov, Zamiq Əliyev və Vadim Abdullayev indiyədək əsas yığmada heç bir rəsmi matça çıxmayıblar. Estoniya ilə görüşdə qazanılacaq şans onların hər biri üçün debütlə yadda qalacaq.
Hazırkı heyətin rekordçusu Bədavi Hüseynovun hesabında 73 görüş var. İkinci olan Ramil Şeydayevlə üçüncü olan Emin Mahmudov da ən azı 50 oyun keçirənlər sırasındadırlar. Sonuncular həm də qol sayında digər komanda yoldaşlarını qabaqlayırlar. Yeri gəlmişkən, 15-ci qolunu gözləyən Emin bu topu vursa, milli tarixinin ən yaxşı bombardiri adının yeganə sahib olacaq. Hazırda yarımmüdafiəçi bu rekordu Qurban Qurbanovla bölüşür.
Tallindəki matç bəzi oyunçular üçün yubileylə əlamətdar ola bilər. Aleksey İsayev 25-ci, Rahil Məmmədov 20-ci, Ozan Can Kökçü 10-cu dəfə milli forma geyinməyini gözləyir.
Qeyd edək ki, Estoniya – Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
futbolçu |
oyun |
qol |
Bədavi Hüseynov |
73 |
1 |
Ramil Şeydayev |
65 |
10 |
Emin Mahmudov |
50 |
14 |
Mahir Emreli |
48 |
6 |
Anton Krivotsyuk |
37 |
1 |
Renat Dadaşov |
32 |
4 |
Coşqun Diniyev |
25 |
0 |
Toral Bayramov |
25 |
2 |
Aleksey İsayev |
24 |
1 |
Elvin Cəfərquliyev |
23 |
1 |
Abbas Hüseynov |
23 |
0 |
Rahil Məmmədov |
19 |
0 |
Qismət Alıyev |
11 |
0 |
Ozan Can Kökçü |
9 |
0 |
Rüstəm Əhmədzadə |
8 |
0 |
Ceyhun Nuriyev |
6 |
0 |
Şəhriyar Əliyev |
4 |
0 |
Mehdi Cənnətov |
3 |
-6 |
Xəyal Nəcəfov |
2 |
0 |
Yusif İmanov |
1 |
-4 |
Aydın Bayramov |
0 |
0 |
Zamiq Əliyev |
0 |
0 |
Vadim Abdullayev |
0 |
0 |
Vüqar Xeyrullayev
İdman.biz