Estoniyada yaşayan həmyerlimiz: "Ötən ildəki matçdan daha çox azarkeşimiz olacaq"

Xəbərlər
11 Oktyabr 2024 11:25
431
Estoniyada yaşayan həmyerlimiz: "Ötən ildəki matçdan daha çox azarkeşimiz olacaq"

Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Niyazi Hacıyev eksklüziv olaraq İdman.biz üçün bu gün Tallində keçiriləcək Estoniya - Azərbaycan futbol qarşılaşması barədə danışıb:

"Nəinki Estoniyadan icmamızın üzvləri və türk qardaşlarımız, hətta Latviya, Litva, Finlandiya və İsveçdən də həmyerlilərimiz millimizi dəstəkləmək üçün oyuna gələcək. Artıq bayraqlarımız da hazırdır. Tallin soyuğunda komandamızı isti ürəklə qarşılayacağıq.

Düşünürəm, ötən ildəki matçdan daha çox azarkeşimiz olacaq. Səbirsizliklə matçı gözləyirik. Tallindəki keçən oyunda 2:0 hesabı ilə qalib gələn millimizin bu gün də həmin qələbəni təkrar edəcəyinə inanırıq".

Rasim, Tallin
İdman.biz

Məqalədə: