Azərbaycan – Slovakiya oyununun hakimləri bəlli olub.
İdman.biz xəbər verir ki, Millətlər Liqasının IV turunun matçını Norveç təmsilçiləri idarə edəcəklər.
Rohit Saqqi qarşılaşmanın baş hakimi olacaq. Ona Morten Yensen və Anders Olav Dale kömək edəcəklər. Dördüncü hakim funksiyasını Siqurd Krinqstad yerinə yetirəcək.
Qeyd edək ki, C liqasının I qrupunun Azərbaycan – Slovakiya oyunu oktyabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Matç saat 20:00-da başlayacaq.
İdman.biz