Azərbaycan çempionatının U-11 Liqasında xoşagəlməz hadisə yaşanıb.
İdman.biz xəbər verir ki, bu, “Lamasya Baku” –“Binə” oyununda baş verib.
Nominal meydan sahiblərinin futbolçusu Heydər Xanlarov hakimə əl-qol atdığına görə meydandan kənarlaşdırılıb. Azyaşlı futbolçu buna görə 2 oyun cəzalandırılıb.
Onun valideyni meydana daxil olaraq hakimin qərarına etiraz edib. “Lamasya Baku” bu hərəkətə görə xəbərdarlıq alıb.
İdman.biz