Fərid Qayıbov Məsut Özillə görüşüb - FOTO

Xəbərlər
11 Oktyabr 2024 13:28
478
Fərid Qayıbov Məsut Özillə görüşüb - FOTO

Gənclər və idman naziri Fərid Qayıbov ölkəmizdə səfərdə olan professor İrfan Gündüzü və rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

İdman.biz xəbər verir ki, Almaniya yığmasının Türkiyə əsilli sabiq futbolçusu, dünya çempionu Məsut Özilin də daxil olduğu nümayəndə heyətini salamlayan nazir onlara ölkəmizdə idman sahəsində görülən işlər və qazanılan uğurlar barədə məlumat verib.

Görüş zamanı idman sahəsində ikitərəfli əlaqələr müzakirə edilib, uşaq futbolunun inkişafı barədə fikir mübadiləsi aparılıb.

Qonaqlar səmimi qəbula görə təşəkkür ediblər.

İdman.biz