Azərbaycan kubokunda I təsnifat mərhələsi davam edir.
İdman.biz xəbər verir ki, ikinci oyun günündə 4 qarşılaşma keçirilib.
II Liqa klublarının qatıldığı mərhələnin bugünkü görüşləri paytaxtdan kənarda baş tutub. “Şimal” “Qusar”ı, “Lerik” “Ağdaş”ı, “Sheki City” “Şəmkir”i, “Göygöl” isə “Hypers Guba”nı qəbul edib.
Ev sahiblərindən yalnız "Şimal" mərhələ adlayıb. "Göygöl" isə son dəqiqədə üstünlüyü əldən verərək, əlavə vaxtda uduzub.
"Ağdaş" səfərdə 4:0, "Şəmkir" isə 1:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, mərhələnin son matçı sabah keçiriləcək.
Azərbaycan kuboku
I təsnifat mərhələsi
13 oktyabr (bazar)
14:00. “Şimal” – “Qusar” - 4:1
Qollar: Pərviz Azadov, 6; 45+1. Emin Əskərov, 83. Tofiq Nəsibov, 89 - Faik Ağakərimov, 70 (pen.)
Baş hakim: Səbuhi Bayramov
Siyəzən şəhər stadionu
14:00. “Lerik” – “Ağdaş” - 0:4
Qollar: Elçin Süleymanov, 55. Elvin İsmayılov, 59; 67. Ülvi Sarıyev, 88
Baş hakim: Murad Səlimov
Lənkəran OİK stadionu
14:00. “Sheki City” – “Şəmkir” - 0:1
Qol: Akif Tağıyev, 35
Baş hakim: Vüqar Həsənli
Şəki şəhər stadionu
15:00. “Göygöl” – “Hypers Guba” - 2:2, ə.v. 0:1
Qollar: Ülvi Cəlilov, 37; 56 - Cavid İmamverdiyev, 6; 90. Hikmət Verdiyev, 94 (öz qapısına)
Baş hakim: Elvin Bayramov
Göygöl OİK stadionu
İdman.biz