Minifutbol üzrə Azərbaycan çempionatında II turun oyunları keçirilib.
İdman.biz xəbər verir ki, iki gün davam edən turda 5 matç baş tutub.
Digər iki görüş isə təxirə salınıb. Buna U-23 millimizin dünya çempionatında iştirakı səbəb olub.
Turun ən böyükhesablı nəticəsinə “Birbaşa Bakı” imza atıb. “Şamaxı” ilə görüşən komanda rəqibini 14:1 hesabı ilə darmadağın edib.
Minifutbol üzrə Azərbaycan çempionatı
II tur
“Çinar Zəngilan” – “Star Bakı” – 4:2
“Zirə” – “Qalaksi” – 0:0
“Şamaxı” – “Birbaşa Bakı” – 1:14
“Atəşgah Suraxanı” – “Bakı 145” – 6:4
“Siyəzən” – “Göyçə” – 2:6
“AzNur” – “Altay Füzuli” – təxirə salınıb
“Sumqayıt” – “Laçın” – təxirə salınıb
İdman.biz