Estoniya - Azərbaycan oyununa 6-7 min tamaşaçının gələcəyi gözlənilir

Xəbərlər
11 Oktyabr 2024 15:07
138
Estoniya - Azərbaycan oyununa 6-7 min tamaşaçının gələcəyi gözlənilir

Bu gün futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqası çərçivəsində Tallində Estoniya ilə qarşılaşacaq.

İdman.biz xəbər verir ki, estoniyalı jurnalistlərdən aldığımız məlumata görə, matça təxminən 6-7 min tamaşaçının gələcəyi gözlənilir.

Biletlərin qiyməti 16 avro (qapı arxasında) ilə 20, 50 avro (ortada ən yaxşı yerlər) arasında dəyişir. Uşaqlar və yaşlılar üçün bəzi endirimlər, həmçinin VIP biletlər (135€) də var.

Qeyd edək ki, UEFA oyunları üçün "Lilleküla" stadionunun tutumu təxminən 12 000 nəfərdir. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Rasim, Tallin
İdman.biz