Slovakiya ilə 12-ci duel: Üçüncü qələbə arzusunda

Xəbərlər
13 Oktyabr 2024 11:49
787
Slovakiya ilə 12-ci duel: Üçüncü qələbə arzusunda

Azərbaycan millisi sabah növbəti oyununa çıxacaq.

İdman.biz xəbər verir ki, yığmamız Millətlər Liqasının IV turunda Slovakiya ilə üz-üzə gələcək.

Bu, iki komanda arasında 12-ci duel olacaq. Millimiz Slovakiya ilə ilk dəfə 1996-cı ildə Koşitsedə qarşılaşıb.

Əvvəlki matçlardan 2-si dünya, 6-sı Avropa çempionatlarının seçmə mərhələləri çərçivəsində baş tutub. Millətlər Liqasında isə 4-cü qarşılaşma baş tutacaq.

Arxada qalan oyunlarda Slovakiya böyük üstünlüyə malikdir. Cəmi 2 qələbəsi olan millimiz 9 dəfə uduzub. Heç-heçənin qeydə alınmadığı duellərdə futbolçularımız 7 qol vurub və 23-nü buraxıblar. Millimiz yalnız bir dəfə qapısının toxunulmazlığını qoruya bilib.

Slovakiya 6-cı dəfə komandamızın qonağı olacaq. Millimiz bir dəfə Trabzonda, dörd dəfə Bakıda rəqibini qəbul edib. Bir qələbəsi olan yığmamız 4 dəfə xalsız qalıb. Evdə 3 qola sevinən komandamız 8 top buraxıb. Bu məğlubiyyətlərin üçündə 0:1 hesabı qeydə alınıb.

29 mart 1995. Koşitse. AÇ. Slovakiya – Azərbaycan - 4:1
16 avqust 1995. Trabzon. AÇ. Azərbaycan – Slovakiya - 0:1
5 sentyabr 1998. Koşitse. AÇ. Slovakiya – Azərbaycan - 3:0
9 oktyabr 1999. Bakı. AÇ. Azərbaycan – Slovakiya - 0:1
28 mart 2001. Trnava. DÇ. Slovakiya – Azərbaycan - 3:1
6 iyun 2001. Bakı. DÇ. Azərbaycan – Slovakiya - 2:0
11 iyun 2019. Bakı. AÇ. Azərbaycan - Slovakiya - 1:5
19 noyabr 2019. Trnava. AÇ. Slovakiya - Azərbaycan - 2:0
10 iyun 2022. Bakı. ML. Azərbaycan – Slovakiya - 0:1
22 sentyabr 2022. Trnava. ML. Slovakiya – Azərbaycan - 1:2
8 sentyabr 2024. Koşitse. ML. Slovakiya – Azərbaycan - 2:0

DÇ – dünya çempionatının seçmə mərhələsi, AÇ – Avropa çempionatının seçmə oyunu, ML – UEFA Millətlər Liqası

Vüqar Xeyrullayev
İdman.biz