Estoniya yığmasının baş məşqçisi: "Buraxılan topdan 13 saniyə sonra vurulan qol..."

Xəbərlər
12 Oktyabr 2024 00:09
268
Estoniya yığmasının baş məşqçisi: "Buraxılan topdan 13 saniyə sonra vurulan qol..."

"Azərbaycan yığmasının oyununu zərərsizləşdirmək üçün konkret tapşırıqlar lazım idi. Biz onların beş müdafiəçi ilə oynayacağını gözləyirdik. Qarşılaşmanın əvvəlində müdafiədə çətinliklər yaşadıq. Belə anlarda daha tez reaksiya verməliyik, nəinki fasiləni gözləmək".

İdman.biz xəbər verir ki, bunu Estoniya yığmasının baş məşqçisi Yurgen Henn deyib.

Gənc mütəxəssis UEFA Millətlər Liqasının 3-cü turunda millimizlə oyunda qeydə alınan 3:1 hesablı qələbəni şərh edib: "Biz öz oyun planımız var. Hücum edib və hansısa anlarda ələ düşən fürsətlərdən istifadə etmək istəyirik. Oyunçuların meydandakı davranışı da önəmlidir - bəzən çərçivədən kənara çıxmalı və sərbəst qərar verilməlidir. Buraxılan topdan 13 saniyə sonra vurulan qol əvvəlcədən sınaqdan keçirilmiş məqam idi".

Qeyd edək ki, rəqib komandanın baş məşqçisi müdafiəyə çəkilmədiklərini bildirirək bunun sayəsində 3-cü qolu vurduqlarını deyib.

İdman.biz