Estoniya ilə oyunun Azərbaycan millisinə təsiri bəlli olub.
İdman.biz xəbər verir ki, Millətlər Liqasının III turundakı 1:3 hesablı məğlubiyyət yığmamızın FİFA reytinqinə təsirsiz ötüşməyib.
Fernandu Santuşun yetirmələri Tallində uduzmaqla 7,97 xal itirib. Bu itkidən sonra millimizin reytinq xalları 1165,18-ə düşüb.
Onlayn cədvəldə yığmamız 115-ci yerə düşüb. Bu, iki pilləlik enişə bərabərdir. Son siyahıda millimiz 113-cü olub.
Qeyd edək ki, yığmamız oktyabrın 14-də Slovakiya ilə qarşılaşacaq.
İdman.biz