“Payız turniri”nin qalibləri mükafatlandırılıb - FOTO

Xəbərlər
12 Oktyabr 2024 10:56
96
“Payız turniri”nin qalibləri mükafatlandırılıb - FOTO

AFFA və Azərbaycan Əlillər Futbolu Federasiyasının birgə təşkilatçılığı ilə eşitmə məhdudiyyətli əlillər arasında futzal üzrə ənənəvi “Payız turniri”nə yekun vurulub.

İdman.biz xəbər verir ki, Bakı İdman Sarayında təşkil edilən yarışın qalibi “Azəri” komandası olub.

“Ümid” ikinci, “Bakı” isə üçüncü yeri tutub. Turnirin sonunda komandalar mükafatlandırılıblar.

Həmçinin fərdi mükafatlar da təqdim edilib. Elvin Şeydəbəyov (“Azəri”) 11 qolla yarışın ən məhsuldar oyunçusu olub. Onun komanda yoldaşı Yusif Əzimzadə ən yaxşı qapıçı seçilib. Turnirin ən yaxşı futbolçusu adına isə Amil Sadıqov (“Ümid”) layiq görülüb.

“Payız turniri”nin son iki günündə qeydə alınan nəticələri diqqətinizə çatdırırıq:

Zirvə - Bakı – 1:7
Şimşək - Azəri – 1:11
Ümid – Zirvə - 13:0
Bakı – Şimşək – 4:1
Ümid – Bakı – 5:1
Azəri - Zirvə - 12:0
Şimşək – Ümid – 2:7

İdman.biz

Məqalədə: