Millətlər Liqasında iki antirekord

Xəbərlər
12 Oktyabr 2024 11:46
212
Millətlər Liqasında iki antirekord

Azərbaycan yığması Millətlər Liqasında ardıcıl üçüncü məğlubiyyətini alıb.

İdman.biz xəbər verir ki, millimiz Tallində Estoniyaya 1:3 hesabı ilə uduzub.

Bunadək evdə İsveçə 1:3, səfərdə Slovakiyaya 0:2 hesabı ilə məğlub olan komandamız ardıcıl üçüncü dəfə xalsız qalıb. Bu, millimizin turnirdəki antirekordudur.

4-cü dəfə təşkil olunan Millətlər Liqasında 21-ci matçına çıxan yığma belə seriya yaşamamışdı.

Yığma həm də ardıcıl üç oyunda qol buraxıb. Millətlər Liqasının əvvəlki görüşlərində belə uğursuzluq qeydə alınmayıb.

İdman.biz

Məqalədə: